“Barselona”nın əfsanəvi futbolçusu Karles Puyol bu gün keçiriləcək “Barselona” – “Real” oyunu öncəsi maraqlı fikir səsləndirib.
Apasport.az saytının məlumatına görə, sabiq müdafiəçi onun üçün ən yaddaqalan “El Klasiko”nu açıqlayıb.
Puyolun fikrincə, 2009-cu ildə “Santyaqo Bernabeu”da 6:2 hesabı ilə qalib gəldikləri matç karyerasında xüsusi yer tutur: “Yalnız bir oyun seçməli olsam, “Santyaqo Bernabeu”dakı 6:2 hesablı qələbəmizlə başa çatan oyunu deyərdim - oyun, nəticə və bu qələbənin bizə titul qazandırması. Həmin görüşdə mənim qolum bizi 2:1 hesabı ilə önə keçirdi. O qədər də çox qol vurmamışam. Ancaq “El Klasiko”larda qol vurmaq xüsusidir”.
Qeyd edək ki, X tur çərçivəsində “Nou Kamp”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir