Qaçqın komanda statusu olmadan ilk oyun – debüt Qəbələdə
20.11.2020 - 13:26
Qaçqın komanda statusu olmadan ilk oyun – debüt Qəbələdə

Sabah Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı turun matçları iki günü əhatə edəcək.

İlk oyun günü paytaxt derbisi ilə başlayacaq. Autsayderlər qrupunda yer alan “Sabah”la “Səbail” qarşılaşacaq. Ardıcıl 6 oyunda uduzan və koronavirus yoluxmasından əziyyət çəkən Visente Qomesin komandası son pillədən qurtulmaq üçün mübarizə aparacaq. Qonaqlar isə təhlükəli zonadan uzaqlaşmaq üçün autsayderi məğlub etməlidir.

Günə liderlərin dueli ilə yekun vurulacaq. Son çempion “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Bu matç Qurban Qurbanovun yetirmələri üçün xüsusi önəm kəsb edir. Ağdamın erməni işğalından azad edilməsindən sonra ilk matçını keçirəcək “Qarabağ” 27 il yarımdan sonra meydana qaçqın komanda statusu ilə çıxmayacaq. Sumqayıtlılar isə liderliyini ən azı bir gün qorumaq üçün uduzmamalıdır.

Suraxanıdakı heç-heçə “Zirə”nin zirvəni ələ keçirməsi ilə nəticələnə bilər. Belə olsa, Rəşad Sadıqovun yetirmələri “Keşlə” ilə derbidə qalib gələrək zirvəni ələ keçirmək şansı qazanacaq. Qonaqlar isə qələbə ilə rəqibi ilə arasındakı xal fərqini aradan qaldırmağa köklənib.

“Qəbələ” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək. Füzuli Məmmədovu istefaya göndərən bakılılar üçün bu görüş Samir Abasovun debütü ilə əlamətdar olacaq. Gənc çalışdırıcı yeni klubunu ilk sınağa çıxaracaq.

Azərbaycan Premyer Liqası
X tur
21 noyabr

14:00. "Sabah" - "Səbail"
Baş hakim:
Rəşad Əhmədov
"Bank Respublika Arena"

16:00. "Qarabağ" - "Sumqayıt"
Baş hakim:
İnqilab Məmmədov
"Azersun Arena"

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu

1

Sumqayıt

9

4

3

2

12-9

15

2

Qarabağ

8

4

3

1

20-5

15

3

Zirə

9

4

3

2

9-8

15

4

Neftçi

9

4

2

3

7-12

14

5

Keşlə

9

3

3

3

10-12

12

6

Səbail

8

2

3

3

9-10

9

7

Qəbələ

9

1

5

3

7-14

8

8

Sabah

9

2

0

7

8-12

6

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç ("Qarabağ") - 6 qol.