İngiltərə Premyer Liqasının XXIX turunda keçirilən "Liverpul" - "Bornmut" oyunundan sonra hər iki komanda qadağa əməl etməyib.
Apasport.az saytının məlumatına görə, futbolçular matçdan sonra bir-birləri ilə görüşməklə tələbə qarşı çıxıblar.
Premyer Liqa rəhbərliyi koronavirus infeksiyasının yayılması səbəbindən oyunlardan əvvəl və sonra oyunçuların görüşmələrini qadağan edib. Lakin "Liverpul"un "Bornmut" üzərində 2:1 hesablı qələbə qazandığı matçın ardından hər iki komandanın oyunçuları əl-ələ görüşüb, qucaqlaşıblar.
Qeyd edək ki, bütün dünyada koronavirusa yoluxanların sayı artıq 100 minə çatır.