Qapıçısı ilə yeni müqavilə imzalayacaq – “İnter”
19.11.2020 - 22:14
Qapıçısı ilə yeni müqavilə imzalayacaq – “İnter”

İtaliyanın “İnter” klubu qapıçısı Samir Handanoviçlə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi və 36 yaşlı sloveniyalı yeni anlaşma barədə razılıq əldə edib.

Yeni müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Tərəflər yaxın günlərdə anlaşmanı rəsmiləşdirəcək.
 

0