Avropa Liqasının əsas mərhələlərində ən çox oyun keçirən postsovet məkanı futbolçularının siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya 2009-cu ildən Avropa Liqası adı altında keçirilən yarışda ən çox meydana çıxan 10 futbolçu yer alıb.
Təsnifat mərhələləri nəzərə alınmadığı cədvəldə Azərbaycan da təmsil olunub. “Qarabağ”la 7 dəfə Avropa Liqasının qrupunda oynayan və bu mövsümlərdə 38 matç keçirən Qara Qarayev də “Top-10”a düşüb. O, ukraynalı Yevgeni Xaçeridi ilə eyni göstəricilərə malikdir.
“Qarabağ”ın yarımmüdafiəçisi keçmiş SSRİ-dən olan futbolçular arasında 9-10-cu yerləri bölüşür. Rekord isə Yevgeni Konoplyankaya məxsusdur. O, Qaradan 19 oyun çox keçirib.
1. Yevgeni Konoplyanka (Ukrayna) – 57 oyun (8 mövsüm)
2. Henrix Mxitaryan (Ermənistan) – 55 (6)
3. Andrey Yarmolenko (Ukrayna) – 47 (6)
4. Denis Boyko (Ukrayna) – 47 (9)
5. Marlos (Ukrayna) – 42 (7)
6-7. Ruslan Rotan (Ukrayna) - 41 (6)
Artyom Fedetski (Ukrayna) – 41 (6)
8. Sergey Rıjikov (Rusiya) – 38 (6)
9-10. Yevgeni Xaçeridi (Ukrayna) – 38 (7)
Qara Qarayev (Azərbaycan) – 38 (7)