Qara Qarayev Azərbaycan millisində 70 və daha çox oyun keçirən 8-ci futbolçu olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yubileyini İrlandiya ilə DÇ-2022-nin seçmə matçında qeyd edib.
Onadək 7 futbolçu yığmada 70 oyun səddini aşa bilib. Onlardan yalnız Maksim Medvedev Qara kimi yığma karyerasını davam etdirir. Bu cütlük arasında üç oyunluq fərq var.
Cədvələ Rəşad Sadıqov başçılıq edir. Aslan Kərimov ikinci, Kamran Ağayev üçüncü sırada yer alıb.
1. Rəşad Sadıqov - 111
2. Aslan Kərimov – 80
3. Kamran Ağayev – 79
4. Mahir Şükürov – 76
5-6. Tərlan Əhmədov – 75
Mahmud Qurbanov – 75
7. Maksim Medvedev – 73
8. Qara Qarayev – 70
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – İrlandiya oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər