“Maraqlı oyun oldu. “Neftçi” çempionatımıza rəng qatan komandadır”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” ilə oyun barədə danışarkən deyib.
Ağdam təmsilçisinin vitse-kapitanı “CBC Sport”a açıqlamasında komandasının 4:0 hesablı qələbəsini dəyərləndirib: “Neftçi”yə qarşı hər oyunda yaxşı motivasiya oluruq. Derbi daim adına yaraşan şəkildə olacaq. Bu gün vacib qələbə qazandıq. “Kayrat”la oyunöncəsi bu, bizə çox yaxşı motivasiya oldu”.
Qarayev “Neftçi”nin müdafiə xəttində buraxdığı səhvləri öz komandası ilə əlaqələndirib: “Neftçi” haqda danışmaq istəmirəm. Onların müdafiədə səhv etmələri normaldır. Çünki səhvi məcbur edən rəqib olur. Bu, səhvlərdən yox, məcburiyyətdən oldu”.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir