Qardaşı Azarın durumuna aydınlıq gətirdi
07.03.2022 - 17:54
Qardaşı Azarın durumuna aydınlıq gətirdi

“Real”ın hücumçusu Eden Azar müqaviləsinin sonuna qədər komandada qalacaq.

Apasport.az saytının məlumatına görə, bunu Belçika millisinin üzvünün qardaşı Kilian Azar deyib.

Onun sözlərinə görə, Eden “kral klubu”ndan vaxtından əvvəl ayrılmağı düşünmür: “Eden indi olduğu yerdə rahatdır və ailəsi də orada xoşbəxtdir. Onun 2024-cü ilə qədər müqaviləsi var. Düşünürəm ki, həmin vaxta qədər klubunda qalacaq”.

Qeyd edək ki, Eden Azar bu mövsüm La Liqada keçirdiyi 17 oyunda cəmi 1 məhsuldar ötürmə verə bilib.