2004-cü il təvəllüdlü futbolçular bu ildən gənclik illərinə qədəm qoyur.
Apasport.az saytının məlumatına görə, həmin ildə doğulanlar arasında ən dəyərli 11 oyunçu ilə bağlı araşdırma aparılıb.
Cəmi 18 yaşları olmasına baxmayaraq, bəziləri artıq ulduz da hesab olunur. Məsələn, “Barselona”nın aparıcı simasına çevrilən Qavinin artıq 40 milyon avro qiyməti var.
Maraqlıdır ki, ən dəyərli 2004-cü il təvəllüdlü futbolçulardan 5-i braziliyalıdır. Bu da o deməkdir ki, “pentakampeonlar”ı daha parlaq gələcək gözləyir.
Müqayisə üçün qeyd edək ki, bu mövsüm Azərbaycan Premyer Liqası üçün cəmi iki nəfər 2004-cü il təvəllüdlü oyunçu qeydiyyatdan keçib. Ancaq nə “Sumqayıt” Sənan Ağayevə, nə də “Zirə” Ayxan Süleymanlıya əsas kollektivdə oynamaq şansı verib.
Əvəzində “Keşlə”də əvəzedicilərin üzvü kimi qeydiyyatdan keçən Qurban Səfərov Premyer Liqada debüt edə bilib. Baş məşqçi Sənan Qurbanov bir görüşdə ona meydanda özünü göstərmək üçün 16 dəqiqə vaxt verib.
1. Qavi
Klubu: “Barselona”
Ölkəsi: İspaniya
Transfer dəyəri: 40 milyon avro
2. Yussufa Mukoko
Klubu: “Borussiya”, Dortmund
Ölkəsi: Almaniya
Transfer dəyəri: 15 milyon
3. Məhəmməd-Əli Ço
Klubu: “Anje”
Ölkəsi: Fransa
Transfer dəyəri: 12 milyon
4. Angelo Qabriel
Klubu: “Santos”
Ölkəsi: Braziliya
Transfer dəyəri: 10 milyon
5. Kayki
Klubu: “Santos”
Ölkəsi: Braziliya
Transfer dəyəri: 8 milyon
6. Covani
Klubu: “Palmeyras”
Ölkəsi: Braziliya
Transfer dəyəri: 6 milyon
7. Julio Enkizo
Klubu: “Libertad Asunsion”
Ölkəsi: Paraqvay
Transfer dəyəri: 5,5 milyon
8-11. Mateus Naşimento
Klubu: “Botafoqo”
Ölkəsi: Braziliya
Transfer dəyəri: 5 milyon
Savio
Klubu: “Atletiko Mineyro”
Ölkəsi: Braziliya
Transfer dəyəri: 5 milyon
Noa Mbamba
Klubu: “Brügge”
Ölkəsi: Belçika
Transfer dəyəri: 5 milyon
Andreas Şelderup
Klub: “Nordsyelland”
Ölkəsi: Norveç
Transfer dəyəri: 5 milyon