İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Stefano Pioli 39 yaşlı forvardın növbəti matça hazır olacağını açıqlayıb.
O, isveçli oyunçunun bu gün və ya sabah kollektivə qoşulacağını deyib: “İbrasız fərqli nəticələr göstəririk. Çünki Zlatan cərimə meydançasında bizə çox yardım edir. Onun yoxluğunda “Parma” ilə görüşdə (2:2) daha çox cərimə meydanı kənarından qüvvətli zərbələr vuran oyunçulara şans verdik”.
Qeyd edək ki, “Milan” A seriyasının XII turu çərçivəsində dekabrın 16-da “Cenoa”nın qonağı olacaq. VIII turda “Napoli” ilə oyunda zədələnən İbrahimoviçin qarşıdakı matçda baş məşqçinin sərəncamında olması gözlənilir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”