Qazaxıstan – Azərbaycan matçının yeri və saatı açıqlandı
05.04.2022 - 17:47
Qazaxıstan – Azərbaycan matçının yeri və saatı açıqlandı

Qazaxıstanın Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Slovakiya ilə ev oyunlarının yeri və dəqiq vaxtı müəyyənləşib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, qazaxıstanlılar mövsümün ilk matçını iyunun 3-də millimizə keçirəcək.

Həmin oyun paytaxt Nur-Sultanda yerləşən “Astana Arena”da olacaq. Bundan 10 gün sonra Slovakiya ilə matç da eyni məkanda baş tutacaq. Hər iki görüş yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Qeyd edək ki, Millətlər Liqasında C Liqasının III qrupunda yer alan Azərbaycan yığması Qazaxıstan, Slovakiya və Belarusla qarşılaşacaq.