AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında I divizionun XVIII tur matçlarında qeydə alınmış neqativ hallar müzakirə edilib.
Apasport.az saytının məlumatına görə, “Neftçi-2” ilə ev oyununa topdaşıyan və xərəkdaşıyanlar gec gəldiyindən, “Sabah-2” 80 manat məbləğində cərimələnib.
“Qarabağ-2” – “Qaradağ Lökbatan” və “Zaqatala” – “Səbail-2” görüşlərində tibb otağı tibbi ləvazimatlar və həkimlə təmin edilməyib. Bu səhlənkarlıq ev sahiblərinə 80 manata başa gəlib.
İntizam Komitəsi “Zaqatala” – “Səbail-2” qarşılaşmasının video görüntülərini izlədikdən sonra birincilərin futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqəni ləğv edib. Komitə bölgə təmsilçisinin digər üzvü Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğu təsdiqləyib və ona 1 oyunluq cəza kəsib.