İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Pau Torresin qiyməti artıb.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin transfer məbləği 65 milyon avro olub.
Mərkəz müdafiəçisi Madrid “Real”ının maraq dairəsindədir. Yayda arxa xətti gücləndirmək niyyətində olan paytaxt təmsilçisi 24 yaşlı futbolçunu da transfer etmək istəyir.
Əvvəl qiyməti 50 milyon olan Torresin avrokuboklardakı uğurlu çıxışı bu məbləğin artması ilə nəticələnib. “Real” rəhbərliyi “Vilyarreal”la danışıqlarda qiymətdə endirimə nail olacaqlarına ümid edir.
Qeyd edək ki, Torresin klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb