Qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, komandamız yer aldığı E qrupunda 3-cü matçına çıxıb.
Qadınlarımız Podqoritsadakı Təlim-Məşq mərkəzində Monteneqronun qonağı olub. İlk iki görüşdə Rusiya (0:2) və Danimarkaya (0:8) məğlub olan yığmamız yenə qol və xal üzünə həsrət qalıb. Bolqarıstandan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 26-da “ASK Arena”da Malta ilə qarşılaşacaq.
Qadınlar arasında DÇ-2023-ün seçmə mərhələsi
E qrupu, III tur
21 oktyabr
Monteneqro – Azərbaycan – 2:0
Sladyana Bulatoviç, 5, Ancela Toşkoviç, 83
Podqoritsa. Təlim-Məşq mərkəzi
|
1 |
Danimarka |
2 |
2 |
0 |
0 |
15-0 |
6 |
|
2 |
Rusiya |
2 |
2 |
0 |
0 |
7-0 |
6 |
|
3 |
Monteneqro |
3 |
2 |
0 |
1 |
5-7 |
6 |
|
4 |
Bosniya və H. |
2 |
0 |
1 |
1 |
4-5 |
1 |
|
5 |
Malta |
2 |
0 |
1 |
1 |
2-9 |
1 |
|
6 |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
0-12 |
0 |
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir