Qolu unudub - yığmamız
15.11.2020 - 11:12

Millətlər Liqasının V turunda Monteneqro ilə qarşılaşan Azərbaycan millisi meydanı qolsuz bərabərliklə tərk edib.
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Xorvatiyanın Zapreşiç şəhərində keçirdiyi ev matçında rəqib qapısına yol tapa bilməyib – 0:0
III turda məhz Monteneqroya qarşı səfər matçı (0:2) ilə başlayan uğursuz seriya davam edib. Turnir çərçivəsində Kiprlə və yoldaşlıq görüşündə Sloveniya ilə qolsuz bərabərə qalan yığmamızın həsrəti 4 oyuna yüksəlib.
Qeyd edək ki, millimiz noyabrın 17-də Millətlər Liqasının son turunda Lüksemburqun qonağı olacaq.
0
0