Qomes “Liverpul”dan gedir
22.02.2022 - 10:32
“Liverpul”un futbolçusu Co Qomes komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin karyerasını Premyer Liqanın digər klubunda davam etdirəcəyi gözlənilir.
24 yaşlı ingiltərəli “Aston Villa”nın hədəfindədir. Klub rəhbərliyi Qomesi yay transfer pəncərəsi üçün əsas hədəf kimi görür.
Qeyd edək ki, cari mövsüm 13 matça çıxan müdafiəçi 5 dəfə start heyətində yer alıb. O, daha çox oyun praktikası qazanmaq üçün mersisaydlılarla ayrılmağa hazırdır.
0
0