“Atletiko”nun hücumçusu Antuan Qrizmannın atası Alen Qrizmann oğlunun Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”la oyunda qırmızı vərəqə almasına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, fransalının fikrincə, 52-ci dəqiqədəki epizodda hakimlər düzgün qərar verməyib.
O, instaqram səhifəsi vasitəsilə “Milan”ın hücumçusu Zlatan İbrahimoviçin “Porto” ilə görüşdəki kobudluğunu əks etdirən foto ilə oğlunun qırmızı vərəqə almasına yol açan epizodun şəklini birləşdirib. Qrizmann hətta almaniyalı hakimlər briqadasını təhqir də edib: “Eyni hərəkətə görə Zlatan İbrahimoviçə sarı, Qrizmanna qırmızı vərəqə göstərilir. Bir dəstə təlxək”.
Alen Qrizmann bir neçə dəqiqə sonra statusu silməli olub.
Qeyd edək ki, Antuan Qrizmann “Liverpul”la görüşdə dubl etsə də, komandası 2:3 hesabı ilə məğlub olub.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər