“Qarabağ” sabah avrokuboklarda növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın qitə miqyaslı turnirlərdəki ən yaxşı təmsilçisi Konfrans Liqasının qrupunda mübarizəyə başlayacaq.
Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupuna düşən Qurban Qurbanovun yetirmələri ardıcıl 8-ci mövsümdə əsas raundda start verəcək. “Qarabağ” qrup mübarizəsinə evdə başlayacaq.
Ağdamlılar təsnifat mərhələlərini keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü bərbad vəziyyətdə olduğundan Bakı Olimpiya Stadionuna çıxacaq. Təmsilçimiz İsveçrə “Bazel”i ilə görüşəcək.
6 il əvvəl bu ölkənin digər klubu “Yanq Boyz”a hər iki görüşdə qalib gələn Qurban Qurbanovun kollektivi azarkeşlərini yenidən sevindirməyə çalışacaq. Konfrans Liqasının 6, cari mövsümün ümumilikdə 9 oyununda uduzmayan “Qarabağ” bu uğurlu seriyanı qələbə ilə davam etdirməyə köklənib.
Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının ev matçlarında hələ qol buraxmayıb. Quru seriyasını davam etdirməyə çalışacaq təmsilçimiz qrup mərhələsinə 3 xalla başlamaq əzmindədir.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Konfrans Liqası
H qrupu, I tur
16 sentyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə)
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi