Qurban Qurbanov - “-8”
02.03.2020 - 15:58
Qurban Qurbanov - “-8”

Dünyanın ən yaxşı futbol məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə planetin ən yaxşı 1000 futbol mütəxəssisi yer alıb.

Azərbaycan siyahıda yalnız bir məşqçi ilə təmsil olunub. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1054 xalla 573-cü yerdə qərarlaşıb. 48 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə xal hesabını qorusa da, 8 pillə geriləyib.

Qeyd edək ki, siyahıya “Liverpul”un baş məşqçisi Yurgen Klopp başçılıq edir. Almaniyalı mütəxəssisin aktivində 15 min 675 xal var.