Qurban Qurbanov yüksəlişdə
01.05.2022 - 12:18
Qurban Qurbanov yüksəlişdə

Dünyanın ən yaxşı baş məşqçilərinin aprel ayı üçün son reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, aktiv fəaliyyətdə olan 500 ən yaxşı mütəxəssis arasında Azərbaycanı yalnız bir çalışdırıcı ilə təmsil edib.

Bu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 50 yaşlı mütəxəssis ötən reytinqlə müqayisədə irəliləyib.

Onun aktivində 1589 xal var. Ötən siyahıda 228-ci olan Qurbanov 227-ci yerə yüksəlməyi bacarıb.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2201) başçılıq edir. Onu Yurgen Klopp (2126) və Joze Mourinyo (2079) izləyir.