Dünyanın ən yaxşı futbol məşqçilərinin reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə planetin ən yaxşı 1000 futbol mütəxəssisi yer alıb.
Azərbaycan siyahıda yenə bir məşqçi ilə təmsil olunub. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1054 xalla dünyanın 565-cisidir. 48 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə xal hesabını artırmasa da, 3 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya “Liverpul”un baş məşqçisi Yurgen Klopp başçılıq edir. Almaniyalı mütəxəssisin aktivində 15 min 727 xal var. “River Pleyt”in çalışdırıcısı Marselo Qalyardo bir pillə irəliləyərək, ikinci yerə yüksəlib (12816 xal). “Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Ernesto Valverde isə 12 min 666 xalla ilk “üçlüy”ü qapayır.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”