“Reallığa baxmaq lazımdır. “Qəbələ” öz oyunu, istəkliliyi ilə bütün rəqiblərə qarşı yaxşı oynayır”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XVIII turunun “Qəbələ” ilə oyunu (5:1) barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Bu turadək ikinci pillədə idi. Bu komandada bir-birini tamamlayan futbolçulardan cəmləşib. Bizim üçün asan olmur. Bütün komandalar bizə qarşı ciddi hazırlaşır. Biz də buna sevinirik”.
Qurbanov fasilədən sonra oyunda dəyişikliyin səbəbi barədə də danışıb: “Birinci hissə ilə ikinci hissənin fərqinin nədə olduğunu deyə bilmərəm. Sadəcə rəqib öz pressinqini saxlaya bilmədi. Buna görə bəzi epizodlardan düzgün istifadə edib qələbə qazana bildik”.
Qurbanov Fllip Ozobiçin start heyətdə deyil, sonradan meydana çıxmasının səbəbini də açıqlayıb: “Filipin zədəsi var idi. Son üç gündə məşq etmişdi. Ona görə ilk dəqiqələrdən meydana buraxmağa ehtiyat edirdik. İkinci hissədə 45 dəqiqə oynamasını planlaşdırmışdıq. Ona görə onu sonradan meydana buraxdıq”.