Qurbanov mövqeyini qoruyur, Məmmədov “üçlüy”ü tərk etdi
24.03.2020 - 13:25
Qurbanov mövqeyini qoruyur, Məmmədov “üçlüy”ü tərk etdi

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub. 

Apasport.az saytının məlumatına görə, 8 aydır davam edən cari mövsüm ilk “onluq”da yer alan üç futbolçunun irəliləməsi ilə nəticələnib. 

Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.

Siyahıya Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır.

1

Mahmud Qurbanov

421

2-3

Rəşad Sadiqov

392

2-3

Rahid Əmirquliyev

392

4

Azər Məmmədov

388

5

Aslan Kərimov

382

6

Rəşad Abdullayev

378

7

Aqil Məmmədov

363

8

İsmayıl Məmmədov

351

9

Rəşad Sadıqov

343

10

Elnur Abdullayev

334