Azərbaycan milli komandası 2021-ci ildə keçiriləcək son oyunların hazırlığını davam etdirir.
Apasport.az saytının məlumatlına görə, baş məşqçi Canni de Byazinin sərəncamında 24 futbolçu var.
Onlardan üçü Lüksemburq və ya Qətərlə qarşılaşmada debüt etmək imkanına malikdir. Bunlar Bəxtiyar Həsənalızadə, Cəlal Hüseynov və Mert Çelikdir. İndiyədək yığmada şans qazanmayan müdafiəçilər Bakı Olimpiya Stadionunda debüt edəcəkləri anı gözləyirlər.
Millinin indiki heyətində oyun sayında rekord Maksim Medvedevdədir. O, 75-ci matçına çıxacaq. Müdafiəçi yığmada 75 oyun keçirən Tərlan Əhmədova çatmaq, hətta keçmək imkanı qazanıb.
Digər milli üzvü Emin Mahmudov da yubiley oyununa çıxacaq. Noyabrın 11-dəki görüş onun üçün 25-ci olacaq.
Qeyd edək ki, ayın 11-də Lüksemburqla DÇ-2022-nin seçmə oyununu keçirəcək milli üç gün sonra Qətərlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
|
futbolçu |
oyun |
qol |
|
Maksim Medvedev |
74 |
4 |
|
Qara Qarayev |
71 |
0 |
|
Araz Abdullayev |
42 |
3 |
|
Ramil Şeydayev |
41 |
7 |
|
Mahir Mədətov |
30 |
4 |
|
Namiq Ələsgərov |
30 |
0 |
|
Emin Mahmudov |
24 |
6 |
|
Anton Krivotsyuk |
22 |
0 |
|
Azər Salahlı |
14 |
0 |
|
Emil Balayev |
12 |
-17 |
|
Bəhlul Mustafazadə |
11 |
0 |
|
Coşqun Diniyev |
11 |
0 |
|
Vüqar Mustafayev |
11 |
0 |
|
Şahrudin Məhəmmədliyev |
10 |
-15 |
|
Renat Dadaşov |
9 |
0 |
|
Hoccət Haqqverdi |
7 |
0 |
|
Tellur Mütəllimov |
6 |
0 |
|
Amin Seydiyev |
5 |
0 |
|
Filip Ozobiç |
5 |
0 |
|
Rüstəm Əhmədzadə |
3 |
0 |
|
Mehdi Cənnətov |
1 |
-1 |
|
Bəxtiyar Həsənalızadə |
0 |
0 |
|
Cəlal Hüseynov |
0 |
0 |
|
Mert Çelik |
0 |
0 |