Pep Qvardiola Braziliya millisinin baş məşqçi olmayacaq.
Apasport.az saytının məlumaıtna görə, “Mançester Siti”nin baş məşqçisi olan ispaniyalı mütəxəssis Cənubi Amerika təmsilçisini çalışdırmağı planlaşdırmır.
Braziliya Futbol Konfederasiyası DÇ-2022-dən sonra Titenin əvəzinə Qvardiolanı gətirmək istəsə də, mütəxəssis Mançester təmsilçisindən ayrılmaq niyyətində deyil. O, müqaviləsinin başa çatacağı 2023-cü ilin yayına qədər Premyer Liqa klubunda qalmaq fikrindədir. Bu üzdən də digər təklifləri qəbul etməyəcək.
Qeyd edək ki, braziliyalıların Qvardiolaya illik 12 milyon avro maaş təklif etdiyi iddia olunur.