Qvardiola yeni baş məşqçi üçün Barselonada
08.11.2021 - 12:25
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”nın yeni çalışdırıcısı Xavi Ernandesin təqdimat mərasimində iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis sabiq yetirməsini qarşılamaq üçün öncədən planlaşdırılan tədbirini təxirə salıb.
Kataloniya klubunun yeni çalışdırıcısının təqdimat mərasimi bu gün “Nou Kamp” stadionunda baş tutacaq. Tədbirdən sonra mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Xavi “Barselona” ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayacaq.
0
0