Qvardiola: “Futbol onlara məxsusdur”
26.02.2022 - 18:11
Qvardiola: “Futbol onlara məxsusdur”

“Dəfələrlə futbolçulara demişəm ki, oyunları mən udmuram, mən də uduzmuram. Futbol baş məşqçilərə deyil, oyunçulara məxsusdur”.

Apasport.az saytının məlumatına görə, bunu Pep Qvardiola deyib.

“Mançester Siti”nin ispaniyalı baş məşqçisi “Liverpul”la Premyer Liqadakı mübarizədən də danışıb: “Nə etməli olduğumuzu bilirəm. “Liverpul”u arxada qoymaq üçün çox sayda oyunda qalib gəlməliyik. Mən bunu indi başa düşmürəm. Hələ 11-12 xal öndə olanda, rəqibin 2 matçı ehtiyatda qalanda da bunu bilirdim. Mən rəqibləri də tanıyıram. Nələrin baş verə biləcəyindən də xəbərdaram”.

Qeyd edək ki, 26 oyunda 63 xal toplayan “Mançester Siti” “Liverpul”dan cəmi üç xal öndədir.