İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi seçilib.
Apasport.az saytının məlumatına görə, "Liverpul"un baş məşqçisi Yurgen Klopp bütün həmkarlarını qabaqlayıb.
Almaniyalı mütəxəssisin əsas rəqibləri Ralf Hazenkyuttl ("Sauthempton") və Naycel Pirson ("Uotford") olub. Klopp bununla cari mövsüm Premyer Liqada 5-ci dəfə ayın ən yaxşısı adına layiq görülüb. O, 2017-18 mövsümüdə Pep Qvardiolaya məxsus olan 4 mükafatlı rekordu yeniləyib. Bu mövsüm yalnız bir ay - oktyabrda Klopp ən yaxşı məşqçi seçilməyib. Onda "Çelsi"nin çalışdırıcısı Frenk Lempard fərdi titula yiyələnib.
Qeyd edək ki, yanvar ayının ən yaxşı futbolçusu "Mançester Siti"nin hücumçusu Serxio Aquero seçilib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı