Qvardiolanın elektron poçtuna haker hücumu
27.02.2020 - 15:26
Qvardiolanın elektron poçtuna haker hücumu

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın elektron poçtuna haker hücumu olub.

Apasport.az saytının məlumatına görə, xakerlər ispaniyalı mütəxəssisin yazışmalarını ələ keçiriblər.

Hətta onlar həmin məlumatları 100 min funt-sterlinqə satmağa cəhd ediblər. Lakin Mançester polisi hakerlərin kimliyini öyrənərək, elektron poçta qanunsuz daxil olduqları üçün onları həbs edib. Məlum olub ki, bu işin başında duran şəxs 2016-2017-ci illərdə “şəhərlilər”in IT şirkətində işləyən 30 yaşlı haker olub. Qvardiolanın poçtunda komandanın bütün futbolçuları barədə məlumat, mümkün transferlərin adları mövcuddur.

Yerli polis həmin şəxsin evində axtarış aparıb, kompyüterlərini, mobil telefonlarını, həmçinin elektron poçtlarını araşdırıb.