Rafael Utziq: “Qəbələ”də bu mərhələyə çatmağım məni xoşbəxt edir”
05.04.2022 - 09:50
Rafael Utziq: “Qəbələ”də bu mərhələyə çatmağım məni xoşbəxt edir”

“Qəbələ”nin heyətində 50-ci oyun həddinə çatdığım üçün xoşbəxtəm”.

Apasport.az saytının “uol.com.br”ə istinadən məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utziq deyib.

26 yaşlı braziliyalı hücumameylli oyunçu ölkə çempionatında son dövrə öncəsi hədəflərinin Konfrans Liqasına vəsiqə qazanmaq olduğunu bildirib: “Qəbələ” mənim Avropadakı ilk klubumdur və burada 50 matçlıq mərhələyə çatmağım məni xoşbəxt edir. Mövsüm hələ bitməyib. Klubun məqsədləri yolunda davam edəcəyik. Konfrans Liqasına vəsiqə qazanmaq üçün hələ 7 Premyer Liqa oyunu və ölkə kubokunun yarımfinal mərhələsi var”.

Qeyd edək ki, “Qəbələ” 21 turdan sonra 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.