Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın sport24.ru saytı yayıb.
Xəbərdə bildirilir ki, qış fasiləsində Moskva "Dinamo"sunun müqaviləsinə xitam verdiyi və hazırda azad agent statusu daşıyan forvard "Neftçi"nin maraq dairəsindədir. 2017-18 mövsümündə "Qarabağ"ın formasını geyinmiş 24 yaşlı oyunçu mövsümün ikinci yarısından etibarən "Neftçi"də çıxış edə bilər.
Qeyd edək ki, 2019-cu ilin yayında “Krılya Sovetov”dan “Dinamo”ya keçən Ramil Şeydayev cari mövsüm 9 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı