Ramos “Real”a qarşı oynamayacaq
01.03.2022 - 10:05
PSJ-nin futbolçusu Serxio Ramos Çempionlar Liqasının “Real”la cavab oyununu da buraxacaq.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi zədədən sonra hələ də tam bərpa olunmayıb.
Bu üzdən onun 1/8 finalın cavab görüşündə iştirakı mümkünsüz görünür. Bu qarşılaşma martın 9-da baş tutacaq. Görüş Madriddəki “Santyaqo Bernabeu”da keçiriləcək.
Qeyd edək ki, Ramos cari mövsümdə cəmi 5 oyunda meydana çıxıb.
0
0