Ramos 70 gündən sonra oynadı, fitə basıldı
04.04.2022 - 09:41
PSJ-nin futbolçusu Serxio Ramos uzun fasilədən sonra meydana çıxıb.
Apasport.az saytının məlumatına görə, sonuncu dəfə yanvarın 23-də meydana çıxan ispaniyalı müdafiəçi “Loryan”la ev qarşılaşmasında (5:1) şans qazanıb.
O, görüşün 72-ci dəqiqəsində oyuna daxil olub. Ramos bu oyunda xoşagəlməz hadisə ilə üzləşib. Onun topa hər toxunuşu fitə basılıb.
Qeyd edək ki, Serxio ötən yay azad agent kimi PSJ-yə keçib. Daim zədələrdən əziyyət çəkən oyunçu bu müddətdə 6 matçda 1 qol vurub.
0
0