Ramos yenə PSJ-yə lazım olmadı
01.12.2021 - 15:59
İspaniyalı Serxio Ramos yenə PSJ-nin heyətindən kənar qalıb.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi XVI turun “Nitsa” ilə qarşılaşmasının “22-liy”inə daxil edilməyib.
Onun görüşü yorğunluq səbəbindən buraxacağı gözlənilirdi. Həftəsonu PSJ-də debüt edən Ramos bu üzdən də qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, iyulda azad agent kimi Paris klubuna keçən Ramos uzun müddət zədələrdən bərpa olunduğu üçün yalnız bir matçda meydana çıxıb.
0
0