
Uels milli komandasının baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin final mərhələsinin təqvimindən razı qalıb.
Apasport.az saytının məlumatına görə, oyunları Bakı və Romada keçiriləcək A qrupunda İtaliya, İsveçrə, Uelslə qarşılaşacaq böyük britaniyalıların çalışdırıcısı görüşlərin ardıcıllığından məmnundur.
Təqvim barədə fikirlərini açıqlayan R.Giqqz Bakıda ardıcıl iki matçın keçirilməsini daha yaxşı sayır: “Loqistik baxımdan oyunlarımız Bakı-Bakı-Roma ardıcıllığı ilə keçirməyimiz daha yaxşıdır. Romadakı matçın Bakıdakı iki görüş arasında olmaması fanatlar üçün də çox yaxşıdır”.
Qeyd edək ki, Uels iyunun 13-də İsveçrə, 17-də Türkiyə ilə Bakıda, 21-də İtaliya ilə Romada görüşəcək.
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb