Rekord - 19 yaşda
05.02.2020 - 09:43
Rekord - 19 yaşda

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haland növbəti rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, o, buna Almaniya kubokunun 1/8 final mərhələsində "Verder"lə qarşılaşmada nail olub.

Komandasının Bremendə 2:3 hesabı ilə məğlub olduğu görüşdə qollardan birinə imza atan Haland "Borussiya"nın heyətində keçirdiyi 4-cü oyunda qol sayını 8-ə yüksəldib. Bu isə tarixdə bir ilkdir. Haland yeni klubunda ilk 4 oyunda 8 dəfə fərqlənən ilk futbolçu olub. 19 yaşlı forvard Bundesliqa ilə yanaşı, Almaniya kubokunda, eləcə də "Zalsburq"da olarkən Çempionlar Liqasında dübütünü qolla qeyd etməyi bacarıb.

Qeyd edək ki, Erlinq Haland Bundesliqadakı ilk 3 oyununda 7 qol vuran ilk futbolçu kimi də tarixə düşüb. Onun komandası ölkə kubokunda mübarizəni dayandırıb.