İngiltərə Premyer Liqasının XXVI turunda "Norviç"in qonağı olan "Liverpul" Sadio Manenin yeganə qolu sayəsində qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, "qırmızılar" öz göstəricilərini yaxşılaşdırıblar.
Yurgen Kloppun yetirmələri Premyer Liqada ardıcıl 17-ci qalibiyyətini əldə edərək, rekorda yaxınlaşıb. Bu baxımdan rekord 2017-ci ildə ardıcıl 18 görüşdə qələbə qazanan "Mançester Siti"yə məxsusdur. "Liverpul" daha bir qələbə ilə "şəhərlilər"ə çatacaq.
Premyer Liqada 43 matçdır uduzmayan "Liverpul" qarşıdakı 5 matçda da qələbə qazanarsa, İngiltərə çempionatları tarixinin ən erkən çempionu olacaq.