İngiltərə Premyer Liqasının XVIII turundan təxirə salınmış matçda "Vest Hem"ə qalib gələn "Liverpul" (2:0) məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir.
Apasport.az saytının məlumatına görə, "qırmızılar" artıq 41 oyundur ki, çempionatda yenilgi üzü görmürlər. Yurgen Kloppun yetirmələri 2004-2005-ci illərdə ardıcıl 40 qarşılaşmada uduzmayan "Çelsi"nin göstəricisini üstələyib.
Bu baxımdan hazırda 3-cü sırada yer alan "Liverpul" yalnız "Nottingem Forest" (42 oyun - 1977-1978) və "Arsenal"dan (49 oyun - 2003-2004) geri qalır. Premyer Liqanın lideri rekordu təkrarlamaq üçün daha 8 oyunda uduzmamalıdır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı