Rekordu yenilədi - "Yuventus"
13.06.2020 - 10:29
"Yuventus" öz rekordunu yeniləyib.
Apasport.az saytının məlumatına görə, Turin klubu İtaliya kubokunda finala vəsiqə qazanmaqla buna nail olub.
Yarımfinal mərhələsində "Milan"ı üstələyən (1:1, 0:0) "qoca sinyora" 19-cu dəfə həlledici qarşılaşmada iştirak etmək hüququ əldə edib. Bununla komanda 2017-ci ildə ələ keçirdiyi özünəməxsus rekordu yeniləyib. İtaliya kubokunda "Roma" 17, "Milan" isə 14 dəfə finalda oynamaq imkanı yaxalayıb.
Qeyd edək ki, "Yuventus" finalda "Napoli" ilə "İnter" arasında bu gün keçiriləcək yarımfinal mərhələsinin cavab görüşünün qalibi ilə üz-üzə gələcək.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0