Rekordunu təkrarladı - “Latsio”
06.02.2020 - 10:13
İtaliyanın “Latsio” klubu A seriyasındakı məğlubiyyətsiz oyunlarının sayını 17-yə çatdırıb.
Apasport.az saytının məlumatına görə, bununla da Roma təmsilçisi tarixinin rekordunu təkrarlayıb.
Bu, XVII turun təxirə salınan qarşılaşmasında “Verona” ilə qolsuz heç-heçə sayəsində rəsmiləşib. Evdəki xal itkisinə baxmayaraq, “Latsio” 21 il əvvəl qeydə alınan göstəricini təkrarlamağa müvəffəq olub.
1999-cu ildə də “Latsio” ardıcıl 17 çempionat oyununda xal qazanmışdı. Həmin vaxt komandanı isveçli Sven-Yoran Eriksson çalışdırırdı.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0