Renat Dadaşov "Liverpul"a qol vurdu
30.01.2020 - 09:40
Renat Dadaşov "Liverpul"a qol vurdu

Beynəlxalq Premyer Liqa Kubokunda qrup mərhələsinin son oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Vulverhempton”un U-23 komandası qrupda axırıncı görüşünə çıxıb.

"Canavarlar" “Liverpul”un eyni yaş qrupundan ibarət kollektivini qəbul edib. Oyuna sürətli başlayan "Vulverhempton" 50-ci dəqiqədə artıq hesabda 2:0 öndə olub. Komandanın ikinci qoluna 49-cu dəqiqədə Dadaşov imza atıb. Lakin iki dəqiqə ərzində qapısında 2 top görən "Vulverhempton" 2:2 hesablı bərabərliklə kifayətlənib.

Bu nəticə ilə "Liverpul" 4 xalla E qrupunun qalibi kimi 1/4 finala adlayıbsa, "Vulverhempton" 3 xalla sonuncu yeri tutub.