Renat Dadaşov "Liverpul"la oyunda iştirak edə bilər
23.01.2020 - 12:40
Renat Dadaşov "Liverpul"la oyunda iştirak edə bilər

İngiltərə Premyer Liqasında XXIV turun son matçında "Vulverhempton"la "Liverpul" üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bugünkü qarşılaşmada ilk dəfə forma şansı əldə edə bilər.

Matç öncəsi baş məşqçi Nuno Santonun ixtiyarında 25 futbolçu var ki, onlardan biri də Renatdır. 20 yaşlı forvard son məşqləri əsas komanda ilə birgə keçirib. Portuqaliyalı mütəxəssis oyunun "18-liy"ini bir neçə saatdan sonra açıqlayacaq. Həmyerlimizin də yekun heyətə düşüb-düşməyəcəyi həmin vaxt müəyyənləşəcək.

Qeyd edək ki, "Vulverhempton" - "Liverpul" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.