Reşford qayıdır - əməliyyatdan sonra
27.09.2021 - 17:24
Reşford qayıdır - əməliyyatdan sonra

İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun meydana dönəcəyi vaxt bəlli olub. 

Apasport.az saytının məlumatına görə, hücumçu yığmaların oyunları ilə əlaqədar fasilədən sonra meydana çıxa biləcək.

AVRO-2020-nin final oyunundan sonra çiynindən əməliyyat olunan Markus bərpa prosesini başa vurub. Onun qayıdışına qədər “Mançester Yunayted” daha iki matça çıxacaq.

Çempionlar Liqasında “Vilyarreal”la görüşəcək mançesterlilər Premyer Liqada “Everton”la üz-üzə gələcək.

Qeyd edək ki, Reşford ötən mövsümün 57 oyununda 21 qol vurub.