Reynaldo aşağı maaşla Azərbaycana qayıtmaq istəyir – danışıq aparanlar var
26.01.2020 - 13:07
Reynaldo aşağı maaşla Azərbaycana qayıtmaq istəyir – danışıq aparanlar var

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo da Silvanın hələlik Azərbaycana qayıdışı baş tutmayıb. 

Apasport.az saytının məlumatına görə, 30 yaşlı braziliyalı futbolçu bir çox klublarımıza təklif edilsə də, yekunda "yox" cavabı alıb.

Buna baxmayaraq, Reynaldo ilə danışıqları davam etdirən komandamız da var. Hücumçu menecerinə əvvəlki maaşlarından aşağı məbləğə də Azərbaycanda oynamağa hazır olduğunu bildirib. Əgər tərəflər razılığa gəlsə, “sambaçı” üçüncü dəfə Azərbaycanda oynamaq şansı qazanacaq. 

Qeyd edək ki, forvard 2013-2016-cı və 2018-2019 mövsümündə "Qarabağ"da oynayıb.