Riçard Almeydanı qaytardı - "Qarabağ"
03.08.2021 - 16:29
"Qarabağ" növbəti transferini açıqlayıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sabiq futbolçu Riçard Almeyda Ağdam təmsilçisinə qayıdıb.
Azərbaycan millisinin üzvü köhnə-yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Braziliyalı 7 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Riçard Almeyda 2012-2019-cu illərdə "Qarabağ"da oynayıb.
0
0