Rivaldo: “Messi və Levandovski bu il də “Qızıl top”a əsas favoritdir”
12.01.2022 - 13:04
Rivaldo: “Messi və Levandovski bu il də “Qızıl top”a əsas favoritdir”

“2021-ci ildə yeddinci “Qızıl top” qazanan Lionel Messi və Robert Levandovski bu il də mükafatın əsas favoritləridir. Dünya çempionatına görə, başqa futbolçular da mübarizəyə qoşula bilər”.

Apasport.az saytının məlumatına görə, bunu əfsanəvi braziliyalı futbolçu Rivaldo bu il “Qızıl top” mükafatına namizəd olacaq futbolçular barədə danışarkən deyib.

“Barselona”nın sabiq üzvü PSJ-nin hücumçuları Kilian Mbappe və Neymarı da namizədlər sırasında görür: “Mbappenin çox maraqlı perspektivləri var. Çünki onun PSJ ilə Çempionlar Liqasını qazanmaq və Fransa millisi ilə dünya çempionu olmaq şansları yüksəkdir. Mbappe ilə eyni klubda oynayan Braziliya yığmasının hücumçusu Neymar haqda da eyni sözləri deyə bilərəm. Məncə, “France Football” mundialın sonuna qədər gözləməli, yalnız ondan sonra səsverməyə başlamalıdır. Qərar bu turnirin nəticələrindən asılı olmalıdır”.

Qeyd edək ki, Rivaldo 1999-cu ildə “Qızıl top”a layiq görülüb.