Apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusu davam edir.
Bu dəfə “Keşlə” klubunun kapitanı Tərlan Quliyev ən yaxşısı hesab etdiyi oyunçunun adını açıqlayıb.
28 yaşlı mərkəz müdafiəçisi iki futbolçu arasında seçim etməkdə çətinlik çəkdiyini söyləyib: “Açığı, “Neftçi”nin ön xətt oyunçusu Namiq Ələsgərov və “Zirə”nin yarımmüdafiəçisi Elvin Camalov arasında qalmışam. Amma üstünlüyü Camalova verirəm. Onun həm millidə, həm də klubundakı oyunları çox xoşuma gəlir. Bu səbəbdən Elvini ən yaxşı hesab edirəm”.
Quliyev həmçinin milli üzvləri və Premyer Liqada iştirak edən futbolçulardan ibarət ilin rəmzi “11-liy”ini də açıqlayıb. O, ölkə xaricində çıxış edənlərdən yalnız Almaniyanın Bundesliqa II-də oynayan Dmitri Nazarovu fərqləndirib. Aparılan sorğu dönəmində ilk dəfə legioner həyatı yaşayan yığma oyunçusu simvolik komandaya salınıb.
Qapıçı: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”)
Müdafiəçilər: Bədavi Hüseynov, Vild-Donald Gerye (hər ikisi “Qarabağ”), Vojislav Stankoviç (“Neftçi”), Sərtan Taşkın (“Zirə”)
Yarımmüdafiəçilər: Elvin Camalov (“Zirə”), Sezar Meza Kolli (“Keşlə”), Dmitri Nazarov (“Aue”, Almaniya)
Hücumçular: Namiq Ələsgərov, Yusuf Laval (hər ikisi “Neftçi”), Rauf Əliyev (“Səbail”).
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”