Ronald Kumana qadağa
05.10.2021 - 22:21
Ronald Kumana qadağa

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman daha bir xoşagəlməz halla üzləşib.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssisə KİV-ə danışmaqla bağlı məhdudiyyətlər qoyulub.

Belə addımı klubun prezidenti Joan Laporta atıb. O, Kumana Niderlanddan olan jurnalistlərlə danışmağı qadağan edib.

Vətənində HLF8 tok-şousuna qatılmalı olan Kuman bu səbəbdən televiziyanın təklifindən imtina edib. O, ilkin razılıq versə də, sonra qadağa səbəbindən fikrindən daşınıb.