Ronaldo 2020-ci ildə ilk dəfə...
27.02.2020 - 11:45
Ronaldo 2020-ci ildə ilk dəfə...

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo 2020-ci ildə ilk dəfə meydanı qolsuz tərk edib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”a 0:1 hesablı məğlubiyyətinə mane ola bilməyib.

Bununla 35 yaşlı forvardın ardıcıl qol seriyasına son qoyulub. O, buna qədər 2020-ci ildə keçirdiyi 7 oyunda ümumilikdə 11 dəfə fərqlənib. Ronaldo A seriyası ilə yanaşı, İtaliya kubokunda da 1/4 final və yarımfinal oyunlarında qol vurub.

Qeyd edək ki, “Yuventus”la “Lion” arasında cavab oyunu martın 17-də Turində keçiriləcək.