Ole-Qunnar Sulşeri istefaya göndərən “Mançester Yunayted” yeni baş məşqçi axtarışındadır.
Apasport.az saytının məlumatına görə, komandanın aparıcı futbolçusu Kriştiano Ronaldo bu postda İspaniya millisinin çalışdırıcısı Luis Enrikeni görmək arzusundadır.
Portuqaliya millisinin kapitanı bu istəyini rəhbərliyə çatdırıb. “Qırmızı şeytanlar”ın gündəmində olan mütəxəssislər isə Zinəddin Zidan, Erik ten Haq, Brendan Rocers, Xulen Lopeteqi və Loran Blandır.
Qeyd edək ki, “Mançester Yunayted”in Premyer Liqanın XII turunda “Uotford”a 1:4 hesablı məğlubiyyəti Ole-Qunnar Sulşerin istefasına səbəb olub. Komanda hazırda 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.